70 yaşında belə gözəllik ola bilməz - fotolar

70 yaşında belə gözəllik ola bilməz - fotolar
12102 dəfə oxunub
  • A-
  • A
  • A+

Avstraliyalı iş qadını Karolin Hartz 70 yaşında olsa da, bədən quruluşu ilə gənclərə meydan oxuyur.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, bu gözəlliyini yoqaya və 28 ildir şəkər yeməməsinə borclu olduğunu deyib. 28 il əvvəl şəkər xəstəliyinə tutulan Karolin həmin gündən etibarən şirniyyatdan imtina edib. O, bununla yanaşı hər zaman hərəkətdə olduğunu bildirib.

Lakin Karolin tənqidlərə də məruz qalır. Sosial mediada insanlar Karolinin estetik gözəli olduğunu iddia edirlər. Qadınlar onun sinəsinin və dişlərinin saxta olduğunu, üzünün mimikalarının itdiyini yazıblar. "70 yaşında belə görünmək olmaz. Bunun şəkərlə əlaqəsi yoxdur", "Şəkərdən istifadə etmir, amma bir şirniyyat fabrikinin sahibidir" kimi şərhlərlə yanaşı onun gözəlliyinə heyran olduğunu deyənlər də az deyil.