"Həcc ziyarəti məni rahatlatdı" - Arda Turan

"Həcc ziyarəti məni rahatlatdı" -  Arda Turan
973 dəfə oxunub
  • A-
  • A
  • A+
Həcc ziyarətindən qayıdan Arda Turan kabab evində dostları ilə bir araya gəlib. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Cemal Sarıhan, Saffet Ulusoy və Ekrem Okumuşla yemək yeyən futbolçu çıxışda media nümayəndələrinin suallarını cavablandırıb.

Turan ziyarəti ilə bağlı "Ramazan ayında Həcc ziyarəti məni çox rahatlatdı. Allah hər kəsə ora getməyi nəsib etsin. İndi bir az da dincəlib yeni mövsümə hazırlaşacağam" deyib.