"Ərim xəyanət etsə, pulunu alıb evdən qovaram" - Ebru

"Ərim xəyanət etsə, pulunu alıb evdən qovaram" -  Ebru
1856 dəfə oxunub
  • A-
  • A
  • A+
2015-ci ildə özündən on yaş kiçik futbolçu Alpaslan Öztürklə evlənən 33 yaşlı model Ebru Şancı özəl həyatı ilə bağlı açıqlama verib.

Axşam.az "posta"ya istinadən xəbər verir ki, keçmiş model ərinə tez-tez qızlardan mesajlar gəldiyini deyib:

"Biri yazıb ki, onunla xoşbəxtsən? Bu da "Xoşbəxt olmasam yanında nə gəzirəm" cavabını verib.

Evlilik eşqi yox, həyacanı öldürür. Kişi baxır ki, qadın hər an yanındadır. Dovşan kimi evdə bir-birimizin arxasınca qaçmırıq. Həyat yoldaşım yataqda mənə xəyanət etməsin deyə hər gecə dua edirəm.

Demirəm ki, mənə heç vaxt xəyanət etməz. Kişidir, edə bilər. Əgər xəyanət etsə, pulunun yarısını alır, evdən qovaram".

"Əriniz sizdən on yaş balacadır. Bu çətinlik yaratmır ki" sualına Ebru belə cavab verib:

"Çox hərəkətli adamdır. Əvvəllər özünü uşaq kimi aparırdı. Hərdən "Dayan, övladım etmə" deyirdim. Bir gün özümə dedim ki, anasıyam, yoxsa arvadı? O andan bütün davranışımı dəyişdirdim".