"Elarizin məni görən gözü yoxdur" - Xatun

"Elarizin məni görən gözü yoxdur" -  Xatun
3037 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatun Əliyeva parodiya etdiyi həmkarlarından inciyib.
 
Axşam.az-ın məlumatına görə, “10-dan sonra” verilişinə açıqlama verən ifaçı onların əksəriyyəti ilə danışmadığını deyib:

“Mənim sarı simimə toxunmasınlar, onlarla kin saxlamıram. Elza ilə (Elza Seyidcahan) sırf parodiya üstündə danışmıram. Xumar xanımla (Xumar Qədimova) bir dəfə verilişlərin birində görüşmüşəm, ondan sonra əlaqəm olmayıb. Tünzalə xanımla (Tünzalə Ağayeva) münasibətimiz yoxdur. Elarizin isə ümumiyyətlə, məni görən gözü yoxdur”.

Xatun yeni parodiyalar axtarışında olduğunu da söyləyib:

“Onlar fikirləşir ki, Xatun bizə sataşır. Yeni parodiyalar eləmək istəyirəm. Çünki bunlara baxanda əsəbiləşirəm. Onlar məni o qədər incitdilər ki... Bu gün onların heç birinə baxa bilmirəm”.