Seren Serengildən Kıvanç Tatlıtuğa cavab - foto

Seren Serengildən Kıvanç Tatlıtuğa cavab - foto
18085 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Seren Serengil "Duymayan kalmasın" proqramında "Cesur ve güzel" serialının baş qəhrmanı Kıvanç Tatlıtuğun tərəf müqabilui Tuba Büyüküstünlə öpüşmə səhnələrindən narazı olduğunu iddia etmişdi.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Kıvanç bu xəbərdən sonra açıqlama verərəl bunu "Yalan" adlandırmışdı. O, eyni zamanda aparıcını qeyri-peşəkarlıqda ittiham etmiş və bu hərəkətini ona mənəvi hücum kimi qiymətləndirmişdi.

Bu gün isə Seren Serengil aktyora cavab yazıb:

"Mən iddiaları, daxil olan məlumatları hər zaman işıqlandırıram və lazım gəlirsə, tərəflər təkzib verir. Bu, mənəvi hücum falan deyil. Kıvançı çox sevirəm və çox vaxt da haqqında müsbət xəbərlər yayımlamışıq. Mənim doğruluğum, dürüstlüyüm hər kəsə bəllidir. ona görə də lazımsız açıqlama verib. Amma yenə də əsəbiləşmirəm".

.