Fəxriyyə Xələfovadan Eldara maraqlı təklif

Fəxriyyə Xələfovadan Eldara maraqlı təklif
2425 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə "Addım Yaradıcı Gənclər Assosiyasiyası"  Bakıda "Modern Art Academy"(Müasir İncəsənət Akademiyası) adlı treninqlər layihəsi çərçivəsində müasir incəsənət sahələri üzrə xarici mütəxəssislərin ustad dərslərini davam etdirir.

Axşam.az-ın lent. az-a istinadən verdiyi məlumata görə, ötən gün “Modern Art Academy”də  "Model sənəti" üzrə ustad dərslərdə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova da iştirak edib. Moda sahəsində  yaradıcılıq təcrübəsini gənclərlə bölüşən modelyer onlara zövqlü olmağı tövsiyə edib. Tədris prosesi zamanı "Addım Yaradıcı Gənclər Assosiyasiyası"-nin təsisçilərindən olan “Eurovision-2011” qalibi Eldar Qasımovu görən Fəxriyyə xanım onu səhnəyə çağırıb gözlənilməz təklif edib. Bir neçə ətrin yaradıcısı olan modelyer Eldara ona məxsus parfümlər hazırlamağı təklif edib.
 
Daha sonra dərsləri Hollandiya və Gürcüstandan gələn mütəxəssislər davam etdirib. "Maximum" model agentliyinin direktoru İrina Çaxunaşvili  və model xareoqraf İva Lomid gənclərə podiumda düzgün gəzmək üçün praktik məşğələlər keçiblər. Onları təəccübləndirən isə bu sahəyə oğlanların xüsusi maraq göstərməsi olub.
 
Qeyd edək ki, layihə çərçivəsində Amerika, Hollandiya, Türkiyə və Gürcüstandan gələn müəllimlər model, dj, foto və vokal sənəti üzrə ustad dərslər keçirlər.