Bakıdakı konsert təxirə salındı

Bakıdakı konsert təxirə salındı
2444 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi iyulun 9-da Bakının mərkəzində keçirilməsi planlaşdırılan konsertini təxirə salıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Axşam.az-a daxil məlumatda bildirilib ki, "Retro Bakı” layihəsi şəhər sakinləri və şəhərin qonaqlarına  həftə sonu istirahətlərinin maraqlı keçməsi məqsədi ilə təşkil olunur.
 
Konsert proqramının bazar günü saat 18:00-da Fəvvarələr Meydanında keçirilməsi planlaşdırılırdı.

Tədbirin hansı səbəbdən təxirə salındığı haqda məlumat verilməyib.