"35 il Metini gözləmişəm" - Adriana danışdı

"35 il Metini gözləmişəm" - Adriana danışdı
1891 dəfə oxunub
  • A-
  • A
  • A+
Türk yazar Metin Hara ilə sevgili olan braziliyalı model Adriana Lima ilk dəfə münasibətlərindən danışıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Metinlə “reklam xatirinə” birlikdə olduqları deyilən Adriana bu iddiaları yalanlayıb:

“Sən demə, 35 ildir Metini gözləmişəm. Əl-ələ tutub yeni həyatımızı yaşayacağıq”.

Metin isə öz növbəsində homoseksual olması ilə bağlı deyilənlərin yalan olduğunu bildirib:
 
“Yol” kitabımdan sonra homoseksual olmağımla bağlı dedi-qodular yayıldı. Amma bu, gerçək deyil. Bunu qadınlarla yaşadığım əlaqələrdən də görə bilərsiniz. Adriana ilə tez-tez öpüşməyimizə gəlincə, biz bundan heç vaxt çəkinməyəcəyik”.