İsveçə ikinəfərlik səyahət qazanın - "Oriflame" müsabiqəyə başladı

İsveçə ikinəfərlik səyahət qazanın - "Oriflame" müsabiqəyə başladı
1373 dəfə oxunub
  • A-
  • A
  • A+

Mövcud olduğu bütün tarixi boyu İsveç brendi "Oriflame" gözəllik aşiqi insanların cəmiyyətini yaradaraq dünya üzrə bir çox insana sağlam həyat tərzi, gözəllik, məqsədyönlülük, keyfiyyətli həyat və şəxsi uğura dair arzularını həyata keçirməyə kömək edir.

Yaranmasının 50 illik yubileyini qeyd etdiyi 2017-ci ildə şirkət özünün bu günə olan missiyasını daha aydın əks etdirən “Gözəllik həyat tərzi kimi” konsepsiyasını buraxdı. "Oriflame" istər dekorativ kosmetika, istər müxtəlif gigiyena vasitələri, istər dəriyə qulluq vasitələri, istərsə də son dəb tendensiyalarına cavab verən rəngarəng aksessuarlardan ibarət geniş məhsul çeşidi ilə daim insanların xarici gözəlliyini vurğulamağa, qorumağa və onu daha uzunmüddətli etməyə kömək edir.

Oriflame üçün “Həqiqi gözəllik – həm daxildən, həm də xaricdən daha yaxşıya doğru dəyişən həyat tərzidir”. Bəs sənin üçün gözəllik nədir?

5 iyul - 8 avqust 2017-ci il tarixlərində “Gözəllik nədir” sualına cavab ver və "Oriflame" şirkətindən bir çox maraqlı hədiyyələr və ən əsası İsveçə ikinəfərlik səyahət qazan! 5 həftə davam edəcək müsabiqənin şərtləri olduqca sadədir:

1. İnstagramda oriflame_official_azerbaijan səhifəsinin izləyicisi ol (follow et)

2. Gözəlliyin sənin üçün nə olduğunu ifadə edən şəkil çək

3. Şəkli öz İnstagram hesabında #oriflameyay həşteqi ilə paylaş və bu paylaşıma 3 dostunu qeyd et (tag et)

Hər həftənin ən maraqlı və daha çox "like" toplayan 3 iştirakçısı tanınmış  bloqerlər tərəfindən seçilərək "Oriflame"dən maraqlı hədiyyələr qazanacaq. Əsas hədiyyə olan İsveçə 2 nəfərlik səyahətin qalibi isə 8 avqust tarixində juri tərəfindən seçiləcək.

Qürur faktlarımız:
• Oriflame şirkəti 60-dan çox ölkədə təmsil olunur
• 40 dildə kataloq buraxılır
• Təxminən 1000 adda müasir təbii isveç kosmetikasından ibarət geniş məhsul çeşidi var
• Rusiya, Polşa, Çin və Hindistan kimi ölkələrdə şəxsi fabrikləri yerləşir
• Oriflame-in 100-dən çox alimin fəaliyyət göstərdiyi Elmi-Tədqiqat Mərkəzi var
• Oriflame-in məsləhətçi sayı-təqribən 3 milyondur
• Oriflame əməkdaşlarının sayı-təqribən 7000-dir
• Şirkət Beynəlxalq Uşaq Fondunun həmtəsisçisidir

Facebook: OriflameAzerbaijanOfficial
YouTube: OriflameAzerbaijan
İnstaqram: oriflame_official_azerbaijan
Veb-sayt: www.oriflame.az