Şəbnəm Tovuzlu qəzaya düşdü - vəziyyəti ağırdır

Şəbnəm Tovuzlu qəzaya düşdü -  vəziyyəti ağırdır
31902 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Şəbnəm Əsədova Bakı-Qazax yolunda qəzaya uğrayıb.

Axşam.az big.az-a istinadən xəbər verir ki, hadisə bu gecə sənətçi Gəncədən Bakıya qayıdarkən baş verib. Qəflətən qarşılarına çıxan VAZ 07 avtomobili ilə toqquşan Mercedes Viano maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub.

Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərərçəkmişlərdən - sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir.

Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı - müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.

Xatırladaq ki, bu gün Şəbnəm Əsədovanın Mingeçevirdə "Sərin, sərin" adlı solo konserti baş tutmalı idi.