Gigi Hadidə təcavüz etmək istədi - 3 illik həbs olundu

Gigi Hadidə təcavüz etmək istədi - 3 illik həbs olundu
8243 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur model Gigi Hadidə təcavüz etməyə çalışan Marcell Porter adlı kişi həbs olunub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 3 ildir 22 yaşlı modeli təqib edən, 5 dəfə evinə soxulmağa çalışan Marcellə 3 illik həbs cəzası verilib.

Məlumata əsasən, 2015-ci ildən Gigini izləyən Porterə görə model Nyu-Yorkdakı evini 2 milyona satıb.

Sonuncu dəfə “Facebook”da Hadidin fotosunu paylaşan 37 yaşlı kişi yazıb:

“Gigi, “Queens”dəki oteldəyəm. Sənin getdiyin idman salonunu axtarıram”.

Bu paylaşımdan sonra Marcell dərhal saxlanılıb və o, 3 illik azadlıqdan məhrum olunub.