Mövsümə yekun vurdular

Mövsümə yekun vurdular
540 dəfə oxunub
  • A-
  • A
  • A+

N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı 126-cı teatr mövsümünə yekun vurub.

Axşam.az xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə teatrın direktoru Tofiq Heydərov, baş rejissoru Tural Mustafayev və xalq artisti Qabil Quliyev çıxış edərək yaradıcı kollektivin mövsüm ərzində qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən söz açıblar. Rəsmi hissədən sonra yazıçı Hafiz Mirzənin “Ai lolo və ya moskvalı gəlin” komediyası tamaşaçılara təqdim olunub.

Rolları əməkdar artistlər Sucəddin Mirzəyev, Adil Zeynalov, aktyorlar Qızılgül Quliyeva, Sayad Əliyev, Allahverən Babayev, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və başqaları ifa ediblər.

Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi tamaşada hadisələr sovet dövründə cərəyan edir.