"Mədinə Əli Mirəliyevin yaratdığı şounu davam etdirir" - Təranə

"Mədinə Əli Mirəliyevin yaratdığı şounu davam etdirir" -  Təranə
6232 dəfə oxunub
  • A-
  • A
  • A+

“Mən futbol topu kimi ora bura atılmıram” deyir. Ay xanım, niyə içində mənə qarşı nifrət var?”.

Axşam.az-ın məlumatına görə, bu sözləri prodüser Təranə Səmədova həmkarı Mədinə Məlikin ünvanına deyib.

Təranə “ATV maqazin onlarla” verilişində bildirib ki, Mədinənin müğənnilik etməsinə normal baxmır:

“Onun etdiyi dırqnaqarası şoudur. Bunlar mənim üçün cılızdır. Yaşına-başına yaraşdırmıram. Danışdıqlarım o xanıma piar qazandırır. Verilişlərdən birində bizi qarşılaşdırmaq istədilər, durdu getdi. Gördüm ki, Əli Mirəliyev, Saleh Muradovun yaratdığı şounu indi bu davam etdirir. Bu xanımı yüngülvari qürur tapdaladı. Mənim fikrim idi, oxumasa yaxşı olardı. Zarafatla cavab verə bilərdi. Amma içindəki neqativi çıxardı. Restorana desəm ki, Mədinəni göndərim oxusun, istəməyəcəklər axı. Mədinənin səs imkanları yoxdur. Buna böyük ürək lazımdır. Mədinədə o ürək yoxdur".