Nikolay Baskov prezidentin şahidliyi ilə evlilik təklifi etdi - video

Nikolay Baskov prezidentin şahidliyi ilə evlilik təklifi etdi - video
4084 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Çeçenistan prezidenti Ramzan Kadırov məşhurları Qroznıya dəvət edib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, buna səbəb Çeçenistanın "Axmat" futbol klubunun ölkə çempionatına start vermək üçün stadiona çıxması olub.

Futbolu izləməyə gələnlər arasında Rusiyanın məşhur müğənnisi Nikolay Baskov da yer alıb. O, Çeçenistana 10 ilə yaxındır birlikdə olduğu sevgilisi, "Miss Rusiya 2003"ün qalibi, model Viktoriya Lopıreva ilə gedib.

Ölkədə təşkil olan tədbirdə iştirak edən Nikolay Kadırovun şahidliyi ilə sevgilisinə evlilik təklifi edib. Baskov Viktoriyaya üzük təqdim edərək onunla evlənməyini istəyib.

Qeyd edək ki, cütlüyün toyunun bu ilin oktyabrın 5-də olacağı bildirilir.