Tanınmış türk aktrisa vəfat etdi

Tanınmış türk aktrisa vəfat etdi
8164 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk film dünyasında "Şoför Nebahat" obrazı ilə tanınan Sezer Sezin vəfat edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 88 yaşlı aktrisa müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

O, 3 ildir ki, "Alzheimer" xəstəliyindən əziyyət çəkirmiş. Bu barədə aktrisanın qızı bildirib.

Qeyd edək ki, 1967-ci ilə qədər çoxlu filmə çəkilən S.Sezin 2007-ci ildə uzun müddət sonra ilk dəfə kamera qarşısına keçərək "Hicran sokağı" serialında qısa bir olu canlandırmışdı.