57 yaşlı avtomobil - video

57 yaşlı avtomobil -  video
538 dəfə oxunub
  • A-
  • A
  • A+

Sovet istehsalı olan "Qaz 21" Volqa maşını şəhər sakinlərinin diqqətini çəkib.

Axşam.az ARB 24-ə istinadən xəbər verir ki, 1960-cı ildə istehsal olunan avtomobil hələ də yaxşı vəziyyətdədir. Avtomobilin sahibi gənc yaşlarından belə maşınlara marağı olub. "Qaz 21" öz yaşıdı olan sahibini darda qoymayıb.

Ehtiyat hissələrinin əksəriyyəti isə zavod istehsalı olan müddətdən bu yana dəyişilməyib. Bu avtomobil hətta ona pul da qazandırır.

Retro avtomobilin sahibi 57 yaşlı Ərəstun Paşayev deyir ki, toy edənlər gəlin maşını üçün onun avtomobilini seçirlər:

"Böyük həvəsim var. Çünki bu maşınlardan bizim ağsaqqallarda olmuşdu. Yolda gedəndə maraqlanırlar, saxlatdırıb şəkil çəkirlər. Toy-nişan, ad günlərinə dəvət edirlər".
 
Maşında bir nasazlıq hiss edərsə, o özü ona əl gəzdirir. Deyir ki, bu avtomobilə yüksək məbləğ təklif edənlər də olub, amma Volqanı satmağı belə ağlından keçirməyib.