Hava sərinləşəcək

Hava sərinləşəcək
5566 dəfə oxunub
  • A-
  • A
  • A+

İyulun 23-dən sonra Azərbaycanda hava şəraitinin nisbətən sərinləşəcəyi gözlənilir.

Axşam.az-ın məlumatına görə, bu barədə Azərtac-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

A.Verdiyev bildirib ki, iyulun 23-dən sonra Bakıda və Abşeron yarımadasında küləkli, bəzi regionlarda yağıntılı hava şəraitinin müşahidə olunacağı, temperaturun bir qədər aşağı düşəcəyi ehtimal edilir.