"Facebook" pullu olacaq

"Facebook" pullu olacaq
6930 dəfə oxunub
  • A-
  • A
  • A+

“Facebook” istifadəçilərə ən yeni məlumatları verəcək yeni ödənişli xidməti istifadəyə verəcək.

Axşam.az-ın Lent.az-a istinadən məlumatına görə, xidmət “Cəlb məqalələr” funksiyası əsasında işləyəcək ki, bu da istifadəçilərə şəxsi xəbər lentində xəbər kontentini izləməyə imkan verəcək.

Məlumdur ki, “Facebook” istifadəçiləri xəbər nəşrinin saytına yönəldərək, belə bir kontentə çıxışı məhdudlaşdırmağı planlaşdırır. Bundan başqa, xəbərlərin sərbəst oxunması üçün limit tətbiq ediləcək. İstifadəçi cəmi 10 mətni pulsuz oxumaq imkanında olacaq.

Xidmətin sınaqlarına bu ilin oktyabrında başlanacaq.