Kənan İmirzalıoğlu və Məryəm Üzərlinin filmi bu tarixdə yayımlanacaq

Kənan İmirzalıoğlu və Məryəm Üzərlinin filmi bu tarixdə yayımlanacaq
1500 dəfə oxunub
  • A-
  • A
  • A+

Yeni mövsümdə maraqla gözlənilən “Cingöz Recai” filminin çəkilişləri başa çatıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, film oktyabrın 13-də kinosevərlərin ixtiyarına veriləcək.

Filmdə bir neçə obrazı canlandıran Kənan İmirzalıoğlu professional oğru, Məryəm Üzərli isə fırıldaqçıdır. Film daha əvvəl Turan Seyfioğlu və Ayhan İşıkın iştirakı ilə çəkilib. Ekran əsərinin bir hissəsi Rusiyanın Sankt-Peterburq şəhərində lentə alınıb.

Kənanla Məryəmin baş rolu ifa etdikləri filmdə Haluk Bilginer və Musa Uzun da yer alıblar.