O, nə cür qabda yemək yeyir?

O, nə cür qabda yemək yeyir?
1662 dəfə oxunub
  • A-
  • A
  • A+

Sevdiyin və ya tanıdığın insanın xasiyyətini onun üz quruluşuna, yerişinə, yatmağına görə öyrənə bilərsən. Sən demə, xasiyyəti öyrənmək üçün hətta onun nə cür qabda yemək yediyinə də diqqət etmək lazımdır.

Axşam.az xarici KİV-ə istinadən mütəxəssislərin araşdırma zamanı əldə etdiyi nəticəni təqdim edir:

Həndəsi şəkilli boşqab

Belə insanlar hökmranlıq etməyi xoşlayırlar. Amma çox ürəyiyumşaq və sadəlövhdürlər. Dostları həmişə onların bu xasiyyətindən sui - istifadə edirlər. Buna görə onu danlamaqdansa, başa salmaq daha münasibdir. Belə insanlar evlərinə ağcaqayın, palıd ağacından hazırlanan mebellər yerləşdirsə, yaxşı olar.

Çiçək şəkilli boşqab

Bu cür boşqabları sevən insanları tanıyanlar heç vaxt peşman olmazlar. Onlar ürəyiyumşaq, diqqətcil, mehriban olurlar. Hamı onları qısqanır. Sevdikləri insana qarşı sadiqdirlər. Belə insanlara məsləhət görülür ki, sevgilərini, xoşbəxtliklərini başqalarından gizlətsinlər. Gözə tez gəlirlər. Bunun üçün belələri evlərində albalı ağacından hazırlanmış hansısa bir əşya saxlasa və tez-tez «Allahım məni pis nəzərdən qoru» desə, yaxşıdır.

İnsan şəkilli boşqab

Belə insanlar həyatsevər və ünsiyyətçildirlər. Onların hər yerdə dostları, tanışları var. Bütün tanıdıqları insanlarla mehriban münasibətdə olmağa çalışırlar. Başqalarının fikrinə hörmətlə yanaşmağı bacarır, insanları incitməyi sevmirlər. Sevdikləri insana sadiqdirlər. Bir mənfi cəhətləri var ki, o da özlərinə inamın olmamasıdır. Tez inciyir, depressiyaya düşürlər. Çətin qərar verirlər. Amma işlərində uğur qazanırlar. Bu cür insanlar yataq otağında palıd ağacından hazırlanmış əşya saxlasalar yaxşı olar.

Mənzərə şəkilli boşqab

Əgər tanıdığınız şəxs mənzərə şəkilli boşqablarda yemək yeməyi xoşlayırsa, demək o, ciddi və həyatsevər insandır. Evdardır, səliqə-səhmanı sevir, gözəl ailə başçısıdır. Belə insanla ailə quran heç vaxt peşman olmaz. Onun tək mənfi xüsusiyyəti kaprizlərinin çox olması və əhvalının tez-tez dəyişməsidir. Onunla mübahisə etməmək sizin əlinizdədir. Bu xasiyyətli insanlar evlərində qara şam ağacından hazırlanan fiqur saxlasınlar.

Rəngli boşqab

Sizin tanıdığınız şəxs ürəyiyumşaq, təmizqəlbli və səmimi olsa da çox əsəbidir. Amma onlarla münasibət qurmaqda çəkinməyin. Əksinə, siz bu tip insanla xoşbəxt ailə həyatına sahib ola bilərsiz. Belələrinə heç vaxt yalan deməyin. Onlar yalanı, xəyanəti heç vaxt bağışlamırlar. Yenilikləri və sürprizləri xoşlayırlar. Yaxşı olar ki, belələri yataq otağında armud ağacından hazırlanmış rəngli fiqur saxlasınlar.

Sadə boşqab

Ehtiyatlı olun! Onlara yalan danışmağı, hiylə işlətməyi ağlınızın ucundan belə keçirtməyin. Çünki ağ, rəngsiz boşqabları sevənlərin görücülük qabiliyyəti var. Heç vaxt belələrinə yalan deyə və onlardan nəsə gizlədə bilməyəcəksiz. Onlar gələcəyi hiss etməyi bacarırlar. Onların məsləhətlərinə qulaq assanız peşman olmazsız. Unutmayın: belələri  hisslərində yanılmırlar. Sakit, başqalarının işlərinə qarışmayan görünə bilərlər. Əslində isə o, belə deyil. Diqqətli olun! Danışarkən onların sözünü kəsməyə çalışmayın. Bu, heç xoşlamadıqları haldır. Bu tip insanların yataq mebellərinin cökə ağacından olması məsləhətdir.

Şəffaf boşqab

Bu tip boşqabları sevən insanlar saf, açıqürəkli və xeyirxahdırlar. Başqalarından da eyni münasibəti - mehribançılıq və səmimiyyət tələb edirlər. Əgər siz sirli, hiyləgər birisizsə, onda belələrindən uzaq olun. Sizin münasibətiniz heç vaxt alınmaz. Bu tip insanlar evlərində qırmızıağacdan hazırlanan fiqur saxlasınlar.

Çatlamış boşqab

Siz çox hiyləgər bir insanla tanış olmusuz. O sizə sevgi, inam, ümid və gələcək vəd edə bilməz. Başqa yerdə rahatlıq görən kimi  sizi tərk edəcək. Yaxşılığı qiymətləndirməyi bacarmırlar. Belə insanlardan uzaq olmağa çalışın. Yoxsa həyatınızın sonuna kimi peşmançılıq hissi ilə yaşayacaqsız. Əgər bütün bunlara baxmayaraq, hələ də onunla əlaqəni kəsməmisizsə, onda yaxşı olar ki, yanınızda palıd ağacından balaca bir parça gəzdirin.

Bürc şəkilli boşqab

Bu tip boşqabları xoşlayanlar sirli insanlardır. Onların həyatını dərindən öyrənmək qeyri-mümkündür. Sizi nə qədər sevsələr də etibar etməzlər. Yaxşı olar ki, bu tip insanların bürclərini diqqətlə oxuyub, onlar haqqında nəsə öyrənməyə çalışasız. Belələri ilə bir evdə yaşamaq və ya dostluq etmək o qədər də asan deyil. Yaxşı olar ki, belələrinə qarşı səhv hərəkətlər etməyəsiz. Bu tip insanla ailə quran şəxs yataq otağına qara rəngli mebel yığsa yaxşı olar.