"Transseksual olduğumu sevgilimə ikinci görüşdə dedim" - fotolar

"Transseksual olduğumu sevgilimə ikinci görüşdə dedim" - fotolar
13919 dəfə oxunub
  • A-
  • A
  • A+
Oğlan olaraq dünyaya gələn, daha sonra cinsiyyət dəyişdirmə yolu ilə qız olan Los-Ancelesli model Eden Estrada “Vogue” jurnalı üçün kameralar qarşısına keçib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 21 yaşlı model hazırda ən çox təlabatlı modellər sırasındadır. Gənc olmasına baxmayaq, o, dünyanın bir çox məşhur jurnallarının üz qabığında və tanınmış markaların reklam çarxında çəkilib.

Eden molellik karyerasına 16 yaşında oğlan olaraq gəldiyini, cinsiyyətini də 20 yaşında dəyişdirdiyini bildirib.

“İlk dəfə 16 yaşında “Vogue”də çəkilmişəm. Amma özümü həmişə qəribə hiss edirdim. Sanki mən deyildim. 20 yaşında istəyimə nail oldum. İstədiyiniz insan bədənində olmaq inanılmazdır”.

Estradanın Malik Mayk Brayd adlı sevgilisi də var. O, Malikə transseksual olduğunu ikinci dəfə görüşəndə deyib. Bundan sonra bir müddət şok yaşayan Mayk daha sonra Edeni çox sevdiyini və ondan başqasına aşiq ola bilməyəcəyini açıqlayıb.