Mürəbbə festivalına sayılı günlər qaldı

Mürəbbə festivalına sayılı günlər qaldı
1185 dəfə oxunub
  • A-
  • A
  • A+

Son illər ölkəmizdə keçirilən festivallar regionlara yerli və xarici turistlərin axının sürətlənməsi baxımından əhəmiyyətli rol oynayır.

Axşam.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan müxtəlif festivallar artıq ölkəmiz üçün ənənə halına çevrilib.

26 avqustda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda növbəti V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək.

Festivalda 25 xarici ölkə komandası, Azərbaycanın 35-ə yaxın bölgəsi və sənaye üsulu ilə mürəbbə istehsal edən müəssisələr, Ümumdünya Kulinariya Təşkilatının (WACS) prezidenti Tomas Gugler, Ümumdünya İslam Kulinariya Təşkilatının (WICS) prezidenti Gökhan Tufan və baş katibi Ali Trobolisinin iştirakı nəzərdə tutulur.

Mədəniyyətin və milli kulinariyanı təbliğ etmək məqsədilə Qəbələ mürəbbə festivalında şirniyyatçılar tərəfindən fərqli mürəbbə çeşidləri hazırlanıb rayona səfər edən yerli və xarici qonaqlar üçün nümayiş olunacaq.