"Gərginlik, içki məclisi, sənətçi intriqası..." - Murad Arif

"Gərginlik, içki məclisi, sənətçi intriqası..." -  Murad Arif
1097 dəfə oxunub
  • A-
  • A
  • A+

“İşimdən məmnunam. Naşükür ola bilmərəm, istədiyim kimi gedir. İnsanlar sevir, arzulayır və məclislərinə dəvət edirlər. Biz də borclu qalmırıq, canımızı qoyur, corabımıza qədər tərləyir, 2 pencək dəyişərək çıxış edir, halal haqqımızla evə dönürük. Heç kəsə borclu qalmadan”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni-bəstəkar Murad Arif deyib.

O bildirib ki, getdiyi məvlislkərdə çox vaxt xoşagəlməz hallarla rastlaşır:

“Amma bu mühit, gərginlik, içki məclisi, sənətçi intriqası və çox nadir hallarda kiminsə rəftarı, normal insanı sinirləndirə bilir. Özüm içki və siqaretdən uzaq olduğum üçün anında vecinə almamaq və ya boşvermək variantım yoxdur. Bu məqamda onları düşünürəm... Allah sevdiklərimizi çox görməsin bizə... Onlar bizim gücümüzdür.

Sənətçi həyatı asan deyil. Bunu bu gün sizə, sadə müəllim ailəsində böyüyən, həyatın hər çətin üzüylə tanış adam kimi deyirəm. Başa düşənə...".