"Saf, tərbiyəli qızlara ehtiyacım var" - Mədinə Məlik

"Saf, tərbiyəli qızlara ehtiyacım var" -  Mədinə Məlik
7187 dəfə oxunub
  • A-
  • A
  • A+

“Müğənniliklə pul qazanmaq fikrində deyiləm. Mən maarifləndirici məqamlara toxunmaq istəyirəm, edəcəm də. Gedib toyları ələ almaq iddiasında deyiləm”.

Axşam.az-ın məlumatına görə, bu sözləri prodüser Mədinə Məlik deyib. Son vaxtlar müğənni kimi də fəaliyyət göstərən M.Məlik "İncəsənət" verilişinə açıqlamasında rəhbəri olduğu "Kristal" qrupundand anışıb.

O bildirib ki, haqqında əxlaqsız sözlər yayılan qızları qrupundan dərhal uzaqlaşdırır:

“Hər zaman istedadlı qızlara ehtiyacım olur. Bəzən hansısa qız çalışır, sonra nəsə başqa təklif alır gedir. Qızın başqa soraqları qulağıma çatarsa, onu dərhal işdən çıxarıram. Adına xoşagəlməyən söhbətlər eşidirəmsə, gözəl ifaçı olsa belə qrupdan uzaqlaşdırıram. Mənim saf, tərbiyəli qızlara ehtiyacım var. Məşhurlaşmaq həvəsi olan, ailə tərbiyəsi alan qızların yeri mənim yanımdasır”.