"Gecə qonağı 2" filminin ilk videosu

"Gecə qonağı 2" filminin ilk  videosu
2599 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Kənan M.M-in “Gecə qonağı 2” filminin tanıtım çarxı yayımlanıb.

Axşam.az-ın məlumatına görə, ekran işi oktyabrın 2-də tamaşaçıların ixtiyarına veriləcək.

Filmin montaj, rənglənmə, səsləndirmə işləri Türkiyədə edilib. Kənan bildirib ki, çəkiliş zamanı türkiyəli rejissor Teoman Topçu ilə birlikdə çalışıb.

Filmdə Kənanla bərabər aktrisa Pərvin Abvıyeva da rol alıb.

Qeyd edək ki, rejissor sözügedən ekran işinin birinci çəkdiyi “Gecə qonağı”ndan çox fərqləndiyini deyib.