Nyu-Yorkda olan model İrina Şeyk qızı Lea ilə vaxt keçirməyə davam edir.

Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, 32 yaşlı model qızı ilə gəzinti zamanı görüntülənib. İrinanın yanında rəfiqəsi də olub.

Qeyd edək ki, İrina Şeyk 42 yaşlı britaniyalı aktyor Bredli Kuperlə münasibətdədir. Cütlüyün qızı martda dünyaya gəlib.