Bakı teatrında qadınlar aktyoru döydülər

Bakı teatrında qadınlar aktyoru döydülər
1555 dəfə oxunub
  • A-
  • A
  • A+
İrəvan Dövlət Azərbaycan Dram Teatrında dava düşüb.

Axşam.az xəbər verir ki, bu barədə ölkə.az-a teatrın aktyoru Elçin Hacılı məlumat verib. Onun sözlərinə görə, teatrın texniki işçiləri tərəfindən döyülüb:

“Məni şərləmək istəyirlər. Amma niyə belə etdiklərini bilmirəm. Üç-dörd qadın - Nərminə Ağayeva, Sevinc Hüseynova və tanımadığım başqa qadınlar məni otağa salıb, üstümə cumdular. Nə baş verdiyini anlamadım”.

Hadisə vaxtı direktor İftixar Piriyev də teatrda olub. Direktorun üstünə təcili yardım çağırılıb.