"Qızımı atasından qorumalıyam"

"Qızımı atasından qorumalıyam"
3571 dəfə oxunub
  • A-
  • A
  • A+
90-cı illərdə Sibel Cana bənzərliyi ilə gündəm olan müğənni Hamiyet illər sonra üzə çıxıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi ilk dəfə şəxsi həyatı ilə bağlı başına gələnlərdən danışıb:
 
“Atamın intiharını qəbul edə bilmirəm. Onun üçün çox darıxıram. Onu sevirəm, amma intihar etdiyi üçün bağışlaya bilmirəm. İlk evliliyim 5 il çəkdi. Bu nikahdan qızım Hiranur doğuldu. 2009-cu ildə qızımın atasından boşandım, 2011-ci ildə başqasıyla evləndim. Bu nikahdan da İsminur adlı qızım dünyaya gəldi. Böyük qızım atası ilə görüşür, amma ikinci qızımı atasından gizlədirəm. Mənim vəzifəm onu atasından qorumaqdır. Polis hər yerdə onu axtarır. Yerini bilsəm, dərhal polisə gedəcəyəm. Balıkesirə köçməyimin səbəbi də elə budur. Qızlarımın ikisinin də bütün xərclərini özüm ödəyirəm”.