"O səs Türkiyə"də münsiflər arasında dava düşüb - çəkiliş dayandırılıb

"O səs Türkiyə"də münsiflər arasında dava düşüb -  çəkiliş dayandırılıb
36991 dəfə oxunub
  • A-
  • A
  • A+

Yeni mövsümə başlayan “O səs Türkiyə” yarışmasında qalmaqal yaşanıb.

Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, seçimlər zamanı münsif kürsüsündə oturan və yarışmaya bu mövsüm qatılan Yıldız Tilbe ilə Gökhan Özoğuz dava edib.

Yarışmaya balkan mahnısı oxuyan bir qadın qatılıb. Onun ifasını bütün münsiflər bəyənib və dönüb, bircə Tilbe dönməyib. Çıxışın sonunda Yıldız “Sən türksənmiş... Mən səni əcnəbi bildim. Türk olduğunu bilsəydim, dönərdim” deyib. Onun bu sözlərinə əsəbiləşən Gökhandan etiraz gəlib.

Gökhan “Bu yarışmaya əcnəbilər də gəlir. Niyə dönmürsən ki” cavabını verib və irqçiliyi tənqid edib.

Tilbenin “Bu, “O səs Türkiyə” yarışmasıdır, mən türk axtarıram. Bura “O səs İngiltərə” deyil. Elə olsaydı ingilis axtarardım” cavabı mübahisəni şiddətdləndirib.

Ayrıseçkiliyə qarşı çıxan Gökhan səsini daha da yüksəldərək etiraz edib:

“Sən o zaman kürdlərin yarışmasına da etiraz edərsən”.

Tərəflər arasındakı davanın şiddətləndiyini görən aparıcı və layihə rəhbəri Acun İlıcalı müdaxilə edərək onları sakitləşdirməyə çalışıb. Mübahisə hər iki tərəfin mikrofonunun bağlanmasına qədər gedib çıxıb. Yaradıcı heyət davanın sakitləşmədiyini görüb tamaşaçıları zaldan çıxarıb və çəkilişi dayandırıb.

Gökhanla Yıldızın arasındakı dava səhnə arxasında belə davam edib.

Qeyd edək ki, Yıldız ötən buraxılışda bir azərbaycanlı iştirakçıya da etiraz edərək "Mən komandama gözəl türk dilində danışan axtarıram" deyərək, onun danışığını ələ salmışdı.