Barış Arduç və Elçin Sanqu Bakıya gələcək

Barış Arduç və Elçin Sanqu Bakıya gələcək
3354 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin iki məşhur ulduzu - Barış Arduç və Elçin Sanqu Azərbaycana gələcək.

Axşam.az "Qafqazinfo.az"ya istinadən xəbər verir ki, bu haqda Nizami Kino Mərkəzindən məlumat verilib. Bildirilir ki, tanınmış cütlük rol aldıqları “Mutluluk zamanı” filminin premyerasına qatılacaqlar.

Onların dekabrın əvvəlində Bakıya gələcəyi qeyd edilib. Film isə noyabrın 10-da Türkiyədə təqdim olunacaq.