Təranə ilə küsülü olduğu Cabbar arasında efirdə dava

Təranə ilə küsülü olduğu Cabbar arasında efirdə dava
13061 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Könül Kərimova ilə Cabbar Musayev “Hər şey daxil” verilişinin qonağı olublar.

Axşam.az-ın məlumatına görə, C.Musayev prodüser Tarix Əliyevin (Tolik) “Təranə Qumral Musa Musayevin yanında olmasa, Musa yaddan çıxar. Onu gündəmdə saxlayan onun xanımı, həm də piar meneceridir” sözlərinə belə olub:

“Bir şeyi deyim hamı bilsin. Bu gün onlar həyatda varsa, o da “Musayev” soyadına görədir”.

Daha sonra verilişə zəng vuran Təranə Qumral C.Musayevə etirazını bildirib:

“Görürsünüz, qalmaqalı özünüz yaradırsınız. Mənim olmadığım yerdə söhbətim gedir. Guya Musayev soyadına görə məşhurlaşmışam. Mən Musayeva yox, Təranə Qumralam”.

Verilişin aparıcıları Sevil-Sevinc bacıları isə Qumralın ittihamlarına “Biz təkcə sizdən danışmırdıq. Amma verilişə zəng edib reklam qazanmaq istəyən siz oldunuz. Ona görə də xahiş edirik, danışarkən sözlərinizə mütləq diqqət edin”, deyə etiraz ediblər.