Evli və iki uşaq atası ilə oteldə görüşdü - fotolar

Evli və iki uşaq atası ilə oteldə görüşdü - fotolar
4271 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Ebru Şallı evli iş adamı Uğur Akkuşla Nişantaşı istiqamətində görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ebru ilə Uğur məşhur otellərdən birində şam yeməyi yeyiblər.

Daha sonra kameralara tuş gəlməmək üçün Şallı gizlincə ərazidən ayrılıb, Akkuş isə gecəni oteldə keçirib. Gizlincə taksiyə minən model yüksək sürətlə oteli tərk edib.

Qeyd edək ki, Qonca Akkuş adlı qadınla evli olan Uğurun iki övladı var. Ebru ilə ərinin münasibətlərini öyrəndikdən sonra Qonca Akkuşla boşanmaq üçün məhkəməyə müraciət edib.