“Uşağı tək böyütmək çətindir. Çalışıram qızım xoşbəxt uşaq olsun. Bizim kiminsə yardımına ehtiyacımız yoxdur”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Ayan Babakişiyeva “Günə davam” verilişində deyib.

Sənətçi deyib ki, qızı Selenanı tək böyüdür və atasından ona yardım almır:

“Kimsə orda-burda deməsin ki, qızıma nələrsə edirəm. Qulağıma belə şeylər çatır. Selena doğulandan anası, nənəsi və dayısı ona hər şey edir. Mənim gücüm ona bəsdir. Kiminsə yardımına ehtiyacımız yoxdur. Xeyrin özünə qalsın, təki ziyan vurma”.