Rəsmən boşandılar

Rəsmən boşandılar
1459 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın tanınmış aktrisası Nadejda Mixalkova rejissor əri Rezo Qiqineişvilidən boşanıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrda boşanmaq üçün məhkəməyə müraciət edən cütlük bu gün rəsmən ayrılıblar.

Xatırladaq ki, Nadejda ilə Rezonun münasibətlərinin pis olması ilə bağlı xəbərlər hələ avqustdan mediaya sızmışdı. Lakin cütlük bu barədə indiyədək heç bir açıqlama verməyib.

Qeyd edək ki, Mixalkova və Qiqineişvili 2010-cu ildə tanış olub, 2011-ci ildə rəsmi nikaha giriblər. Onların 6 yaşlı Nina adlı qızları, 4 yaşlı İvan adlı oğulları var.