Xalq artistinin 80 illiyinə toplaşacaqlar

Xalq artistinin 80 illiyinə toplaşacaqlar
1073 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Rauf Abdullayevin 80 illik yubileyinə həsr edilən yaradıcılıq gecəsi keçiriləcək.

Filarmoniyadan Axşam.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq gecədə dirijorun həyat və yaradıcılığından, milli musiqimizin inkişafındakı xidmətlərindən danışılacaq.

Respublikanın elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak edəcəyi tədbir konsert proqramı ilə davam edəcək. Konsertin solisti tanınmış rusiyalı skripkaçı Maksim Venqerov olacaq. Onu maestronun bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.