Beş yaşında dünyaya övlad gətirdi

Beş yaşında dünyaya övlad gətirdi
11086 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə mətbuatı dünyanın ən fərqli anaları haqda məqalə hazırlayıb.

Dünyanın ən gənc anası beş yaşında olarkən övlad dünyaya gətirib. Əvvəlcə Lina Medina adlı balaca qızın qarnında şiş olduğu düşünülsə də, həkimə aparıldıqdan sonra hamilə olması məlum olub. 1939-cu ildə oğlan övladı dünyaya gətirən ananın körpəsi 2.7 kiloqram olub. Doğulan körpəyə isə Medinanın həkimi Geraldonun adı qoyulub.

Eyni anda səkkiz uşaq dünyaya gətirən ana isə Nadya Denise Doud-Suleman Gutierrezdi.

Dünyanın ən yaşlı anası yetmiş yaşlı hindistanlı Rajo Devi Lohandı. O,  2008-ci ilin noyabrında ilk körpəsini dünyaya gətirib.

Altmış doqquz övladı olan Valentina Vasilyeva dünyanın ən çoxuşaqlı anası hesab olunur.

Əkiz övlad dünyaya gətirən ən yaşlı ana isə Omkari Panvardı. Yetmiş yaşlı bu qadının əkizlərindən biri oğlan, digəri  isə qızdır.

Stacey Herald dünyanın ən qısa boylu anası hesab olunur.  Onun boyu 71 santimetrdi.

Övladları arasında ən uzun müddət ara olan ana Elizabeth Ann Buttledir. O, qırx bir ildən sonra yenidən övlad dünyaya gətirib.

İyirmiş beş santimetr boyu, iki yüz qırx üç qram çəkisi olan ən balaca körpənin anası isə Mahajaben Şeikdi.

İlk kişi ana isə 34 yaşlı Tomas Betie olub. Öncə qadın olaraq dünyaya övlad gətirən bu şəxs sonradan əməliyyatla cinsini dəyişdirib.