"Bir muğam oxuyaram ki, Tarkan sənətini atar"

"Bir muğam oxuyaram ki, Tarkan sənətini atar"
1283 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə türkiyəli ifaçı Tarkanı bəyənmir.

Axşam.az-ın məlumatına görə, sənətçi “Şou +” verilişinə müsahibəsində özünün meqastardan gözəl oxuduğunu deyib:

“Tarkan kimdir ki, mən onu bəyənim? O məni tanıyır? Əcəb edib onu xoşlamıram. Mənim oxuduqlarımı heç vaxt Tarkan ifa edə bilməz. Bir muğam oxuyaram ki, Tarkan sənətini atar. Qırmızı kofta geyinib göbək atmaqla deyil ki... O, heç vaxt “Maral” oxuya bilməz. Bu ifada Azərbaycan ürəyi var”.