Rəfiqələrinin sənə verdiyi 8 səhv məsləhət - Onlara qulaq asma

Rəfiqələrinin sənə verdiyi 8 səhv məsləhət -  Onlara qulaq asma
3177 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəzən rəfiqələr bir-birinə məsləhətlər verir, münasibətlərə müdaxilə etməyə çalışırlar. Bu məsləhətlərə isə onlar özləri çox vaxt əməl etmirlər.

Axşam.az xarici KİV-ə istinadən rəfiqələrin verdiyi lazımsız məsləhətləri təqdim edir:

Ona ilk sən zəng etmə

Heç vaxt! Elə düşünəcək ki, onu unutmusan, maraqlanmırsan və ya ondan arxayınsan. Buna imkan yaratmaq lazım deyil. Ona hər zaman diqqətində olduğunu hiss etdir.

Hadisələri dramatikləşdirmə

Hər bir hadisəyə layiq olduğu reaksiyanı ver. Hansısa halda hisslərini gizlətmə.

Sən daha da cazibədar olmalısan

Olduğun kimi görünməyə çalış. Başqası olmaq səni qarşındakına bəyəndirməyəcək.

Sənə yaxşı romantik anlar lazımdır

Buna inanma... Çalış həyatında rəngli hadisələr yaşa.  

Çox yaxşı bir tanışım var, onunla görüş

Bu cür tanışlıqlar çox nadir hallarda uğurlu alınır. Əgər münasibət uğursuz olsa, rəfiqənlə arandakı dostluq bitəcək.

Kişini bezdirmə, tək qalacaqsan

Belə məsləhəti ailəli qadınlar verir. Yalandır... Çalış onu hər an diqqətdə saxla, bəyənmədiklərini de.

Daha yaxşısına layiqsən

Bu, əlbəttə belədir. Amma bunu düşünüb, yanındakı ilə vidalaşmaq yaxşı məsləhət deyil.
 
Onu tərk et

İnanma, o, özü heç vaxt sevdiyi insanı atmaz.