"Saytlara vəsait ayrılsın" - MŞ sədri

"Saytlara vəsait ayrılsın" - MŞ sədri
533 dəfə oxunub
  • A-
  • A
  • A+
"Azərbaycanda mətbuata ayrılan vəsait qonşu ölkələrlə müqayisədə olduqca aşağıdır. İnformasiya siyasəti sahəsinə büdcədən ayrılan vəsait artırılmalıdır".

Axşam.az "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

O bildirib ki, onlayn mediyaya sistemli şəkildə dövlət vəsaiti ayrılmalıdır:

"Xaricdən olan informasiya təzyiqləri ilə əsasən onlayn media mübarizə aparır. Bu sahəyə sistemli dövlət vəsaiti ayrılmalıdır. Ən azından il ərzində 1 milyon manat ayıra bilsək, tezliklə bunun nəticələrini görərik".