Xalq artistinin 75 illik yubileyi qeyd ediləcək

Xalq artistinin 75 illik yubileyi qeyd ediləcək
1280 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Elza İbrahimovanın 75 illik yubileyi qeyd ediləcək.

Axşam.az APA-ya istinadən xəbər verir ki, tədbirdə “Dan ulduzu” ansamblı və Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə və başqaları Elza İbrahimovanın mahnılarını səsləndirəcəklər.

Yubiley gecəsində bəstəkar Oqtay Rəcəbov, şair Vahid Əziz bəstəkarın yaradıcılığından, Azərbaycan musiqi sənətinin inkişafına verdiyi töhfələrdən söz açacaqlar.
 
Yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə keçiriləcək.