İlin ən çox qazanan müğənnisi bəlli oldu - 130 milyon dollar

İlin ən çox qazanan müğənnisi bəlli oldu - 130 milyon dollar
2377 dəfə oxunub
  • A-
  • A
  • A+

“Forbes” jurnalı 2017-cı ildə ən çox gəlir əldə edən müğənnilərin adlarını açıqlayıb.
 
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, siyahıya amerikalı reper Şon Kombs (Paf Deddi) başçılıq edir. Onun bu ilki gəliri 130 milyon dollar məbləğində qiymətləndirib.
 
İkinci yeri 105 milyon dollar gəlirlə Beyonce, üçüncü yeri isə reper Dreyk (94 milyon dollar) tutub.
 
İlk onluğa həmçinin "The Weeknd" (92 milyon dollar), "Coldplay" qrupu (88 milyon dollar), "Guns N" Roses" qrupu (84 milyon dollar), Castin Biber (83.5 milyon dollar), Brus Sprinqstin (75 milyon dollar), Adel (69 milyon dollar), "Metallica" qrupu(66.5 milyon dollar) daxildirlər.