Əməkdar artist Röya Ayxanın müğənni İradə İbrahimova haqqında dediklərinə sərt cavab gəlib.

Axşam.az-ın məlumatına görə, İbrahimova qarşı tərəfin “quş”, “İradə xala” sözlərindən qəzəbləndiyini gizlətməyib.

Sənətçi bildirib ki, qalmaqal yaratmaq istəmədiyi üçün susub, amma bu dəfə səbri tükənib:

“Barəmdə dediyin “quş”, “İradə xala”, “bilet alım, minin uçun”, “kamaz” kim kəlmələri sənə yaraşdırmıram desəm, yalan olar. Əslində, məni vurmağa çalışarkən, haqq etdiyin rəsmi çizmisən. Gəl sənə balaca bir tövsüyə verim. “Xala” dediyin insanla sənin aranda 2 yaş fərq var. Özün 2 yaş kiçiklərin gözündə artıq “Röya xala” olmusansa, bunu “böyüklüyünə” keçirəm. Müsahibəmə gəlincə, özümdə daxil olmaqla, mən burdakı ulduzun Türkiyədə ulduz ola bilməyəcəyini analtmışam.

Sən “Altın kelebek”də “Azərbaycanın parlayan yıldızı” nominasiyasını aldın. Sən onsuz da Azərbaycanın starısan. Amma 44 ildə keçirilən mükafatlandırmada ilk dəfə belə bir nominasiya gördük. Daha əvvəl alan varsa, desin bilək. “Kelebek” qəzetini qınayıram, verirdilərsə, ən azından “Türkiyədə parlamaq istəyən ulduz” mükafatı versəydilər, daha məntiqli olardı. Azərbaycanın starı olduğunu xatırlatmağa nə gərək var idi. Almısansa, bunun dadını çıxar. Ara sözlərinlə gündəmə gəlmə”.

İradə Röyanın ötən gün tənqid etdiyi “Eurovision 2011” qalibi Nigar Camalın da tərəfini tutub:

“Nigar Camal Türkiyədə deyil, dünyada keçirirlən və Azərbaycanı həm də bu sferadan dünyaya tanıdan “Eurovision”nın qalibidir. Sən isə “kelebey”inle yazdığın tənqidi cümləndə ona meydan oxumaq istəmisən.

Nigar Camala dediyin “İradə xala kimi sənə də sonra çatdı?” cümləndə əslində özün özünü vurursan. İradə bilirdi o cümlədə söhbət kimdən gedir. Sadəcə, gülüb keçdim. Önəmsəmədim. Amma sənin mətbuat katibin (səs yazısı məndə durur) israrla orada söhbətin mən İradədən yox, çamaşırxanada çalışan İradə xaladan getdiyini bizə dedi.
 
Mən də düşündüm ki, Röyanın mətbuat katibi bunu deyirsə, bunlar biri-birinin fikrini təkzib edə bilməz. “Azərbaycanın parlayan ulduzu”nun fikrini öz işçisi təkzib edirsə, mənim nəsə söyləməyim, səni ikinci dəfə vurmuş olacaq, deyə düşündüm. Amma sən, yenə susmadın.

O ki qaldı, bilet almağa, mənim elə vərdişlərim yoxdur “Röyaləcan..." Sənə son sözüm: aldığın mükafatın dadını çıxar, səhnədən enər-enməz İradəyə nə deyəcəyini düşünmə.

Sən zatən starsan. Ən önəmlisi isə “əməkdar artist”sən. Bu şərəfli adı daşıyan sənətçinin yuxarıda hallandırdığım ara sözləri işlətməyi, ən azından dinləyicisinə hörmətsizlikdir”.

Qeyd edək ki, İ.İbrahimova Röya haqqında "Türkiyədə star olmayacaq" sözlərini demişdi. Röya isə ona "İradə xala" deyə, müraciət etmişdi.