Harri Britaniya səfərini ləğv edə bilər

Harri Britaniya səfərini ləğv edə bilər
307 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Harri altı ay ərzində vətəninə ikinci səfərini planlaşdırandan bəri ingilislər səbirsizliklə onun gəlişini gözləyirlər.

Axşam.az xəbər verir ki, onun ikinci səfəri ətrafında çoxlu söz-söhbətlər dolaşıb. İnsayderlərin dediyinə görə, qohumları ilə barışmaq üçün Meqan Marklı da nəzərə almayan Harri qərarsız qalıb. O, səfər zamanı saraya qayıtmasını Kral III Çarlzla müzakirə etməyi planlaşdırıb. Ən əsası, o, qardaşı Uilyamla söhbət etmək istəyib.

Amma Şahzadənin bu istəkləri yarımçıq qalıb. İngilis mediası yazıb ki, Harri təhlükəsizliyindən narahat olduğu üçün gəlməli olduğu tədbirə onlayn qoşulma imkanını nəzərdən keçirib.

Şahzadə məlum olduğu kimi, Böyük Britaniyada olarkən, vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən dövlət mühafizəsi hüququna malik deyil. Bu qərarı Harri və Meqan ABŞ-a yeni köçdükləri zaman ölkənin Daxili İşlər Nazirliyi verib. Şahzadənin nə istəkləri, nə də məhkəmə iddiası departamentin qərarını dəyişdirməyib. İndi Hersoqun komandası onun ictimai tədbirdə olmasının nə qədər təhlükəsiz olacağına qərar verir və həmçinin şəxsi görüşlərdə onu müşayiət edəcək təhlükəsizlik işçiləri ilə danışıqlar aparmağa çalışır.

"Harri ailəsi ilə daha çox vaxt keçirmək istəyir, lakin onun təhlükəsizlik təfərrüatları ilə bağlı sual işarəsi olduğu halda bunu edə bilməz" deyə, mənbə bildirib.

Harri, bu vəziyyətdən "məyus" olduğunu əlavə etdi. Kral III Çarlz barışıq tərəfdarı olsa da, kiçik oğluna problemlərin həllində kömək etməyə çalışmır. Uilyam isə Harrinin gəlişinə tamamilə qarşıdır və görünür, onun səfərinin baş tutmaması üçün hər şeyi edir.