Müğənni-bəstəkar Emin Ağalarovun ad günü olub.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 38 yaşı tamam olan Emin özəl gününü konsert proqramı ilə qeyd edib. Simfonik orkestrın müşayiəti ilə səhnəyə çıxan müğənni bunun üçün “Сrocus City Hall”u seçib.

Gecədə Eminlə birlikdə Rusiya şou-biznesinin məşhur simaları da səhnəyə çıxıblar. Emin yeni işıq üzü görən duetlərdən ibarət albomunu təqdim edib və həmin mahnıları həmkarları ilə birlikdə səsləndirib. Atası iş adamı Araz Ağalarov səhnəyə çıxaraq oğluna arzularını səsləndirib.

Konsertdən sonra müğənni ad günü partisi təşkil edib. Gecədə sevgilisi Alyona Qavrilova da Emini tək qoymayıb.

“Həmişə deyirəm ki, dueti mənə qəlbən yaxın olan müğənnilərlə oxuyuram. Bütün bu möhtəşəm ifalar mənimlə səhnəyə çıxdı” deyə, sənətçi təəssüratlarını bölüşüb.