116 yaşında öldü

116 yaşında öldü
2196 dəfə oxunub
  • A-
  • A
  • A+

Avropanın ən yaşlı qadın sakini Ana Vela 116 yaşı tamam olandan 1,5 ay sonra Barselonadakı qocalar evində vəfat edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, dərzi olan Ana Vela 1901-ci ilin oktyabrında Andalusiya vilayətinin Puente-Xenil bələdiyyəsində doğulub. Onun səhhətində, demək olar, heç bir problem olmayıb.

A.Vela son illərdə İspaniyanın uzunömürlülük rəmzinə çevrilmişdi. Onun qızlarından birinin 90, nəvəsinin isə 65 yaşı var.