Ramiz Quliyev Tehranda konsert verdi - fotolar

Ramiz Quliyev Tehranda konsert verdi -  fotolar
557 dəfə oxunub
  • A-
  • A
  • A+

Tehranın ən böyük konsert salonlarından olan “Təlar Vəhdət”də xalq artisti Ramiz Quliyev solo konsert verib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, konsertdə dirijor Əli Əkbər Qurbaninin rəhbərliyi ilə Tehran Dövlət Mədəniyyət Universitetinin simfonik orkestri çıxış edib.

Simfonik orkestrin müşayiəti ilə tarzən Ramiz Quliyevin ifasında klassik Azərbaycan musiqisindən nümunələr – Ü.Hacıbəyli, Q.Qarayev, S.Rüstəmov, T.Quliyev, C.Cahangirov, Q.Hüseynli, H.Rzayevin əsərləri, yeni işləmədə “Sarı gəlin”, “Küçələrə su səpmişəm” xalq mahnıları, klassik muğamlar dinləyicilərə təqdim olunub. Eyni zamanda, professor Ramiz Quliyev qərb musiqisi ədəbiyyatına da müraciət edərək, Y.Brams, F.Şubert və V.Montinin əsərlərini Tehran orkestri ilə bərabər ifa edib.

Tanınmış sənətkarın anadan olmasının 70 illiyinə həsr olunan konsert proqramları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Ramiz Quliyev Tehran Dövlət Mədəniyyət Universitetində dörd gün ustad dərsləri keçib.