Çində yaşayan Lin May Nquen adlı qız internet fenomeninə çevrilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun sevgilisi ilə səhifəsində paylaşdığı fotolardır.

Belə ki, Lin sevgilisi ilə şəkillərini sosial mediada yerləşdirdikdə xoşagəlməz şərhlər alıb.

İzləyicilərin çoxu Mayın şəkillərinin altında sevgilisini təhqir edərək onların bir-birinə yaraşmadıqlarını qeyd ediblər.

"Sən gözəlsən, amma kök və eybəcər birinin yanına yaraşmırsan" kimi şərhlərə cavab olaraq Nquen "Sevəndə xarici görünüş və çəki əhəmiyyət daşımır. Əsas odur ki, bir-birinizi başa düşəsiniz və yanaşı olanda ürəkləriniz döyünsün" cavabını verib.

Bundan sonra izləyicilər səssiz qalaraq bir daha Lin və sevgilisi haqda mənfi fikir yazmayıblar.