Elnarə "Lider"dən getdi - dava edib+yenilənib

Elnarə "Lider"dən getdi -  dava edib+yenilənib
7918 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elnarə Xəlilova “Lider” telekanalındakı “Xeyirli axşamlar” verilişindən ayrılıb.

Axşam.az lent.az-a istinadən xəbər verir ki, müğənninin kanaldan ayrılmasına səbəb proqramın rəhbərliyi ilə yola getməməyi olub.

Bildirilir ki, müğənnidən verilişində dəvət edilmiş qonaqların birini xüsusi təmtəraqla təqdim etmək tələb olunub. O isə buna etiraz edib və deyib ki, həmin qonaq xüsusi təmtəraqla təqdim edilməyə layiq deyil. Bu məsələ isə veriliş rəhbərliyi ilə müğənni arasında iplərin tamamilə qopmasına səbəb olub və müğənni "Lider TV"dən ayrılıb.

E.Xəlilovanın prodüseri isə müğənninin kanaldan ayrıldığı təsdiqləsə də, bunun səbəbləri barədə danışmaq istəməyib:

“Bəli, Elnarə xanım “Xeyirli axşamlar” verilişindən gedib. Niyə gedib? Bu barədə açıqlama vermək istəmirik”.

Onu da əlavə edək ki, həftə içi 5 gün yayımlanan “Xeyirli axşamlar” verilişini bu axşam E.Xəlilovanın əvəzinə müğənni Nazənin aparacaq.

Qeyd edək ki, Elnarə “Lider”dən öncə "Space"də aparıcılıq edirdi.

***

“Xeyirli axşamlar” verilişinin layihə rəhbəri Zərifə Tapdıq qızı “Qafqazinfo”ya danışaraq məsələyə aydınlıq gətirib:

“Elnarə xanım efir mədəniyyətini pozurdu, rəhbərlik tərəfindən dəfələrlə mənə şikayət gəlirdi. Verilişi apara bilmirdi. Heç bir qonağa görə efirdən getməyib, tamam başqa söhbətdir. Yersiz müdaxilələr edirdi. Layihə rəhbəri kimi məni qəbul etmirdi. Sonuncu dəfə Faiq Ağayevin verilişə gəlişini təşkil etmişdim.

Proqrama gələndə anası üçün gül gətizdirmişdim. Amma gülü efirə çıxıb Faiq bəyə vermək üçün məni təqdim etmədi.  Efirdə hər şey var. Üç dəfə efirə çıxmışam, efiri aparmayıb, əsəbiləşmişəm.  Bizi saymırdı, öz istədiyi kimi hər şeyi qurmuşdu. İşə dəvət edəndə onunla belə razılaşmamışdıq”.