Qəbələ İslam dünyasının turizm paytaxtı seçildi

Qəbələ İslam dünyasının turizm paytaxtı seçildi
916 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın Qəbələ şəhəri 2020-ci ildə İslam dünyasının turizm paytaxtı seçilib, 2019-cu il üzrə isə bu nominasiyada Dəkkə qalib olub. 

Axşam.az xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mətbuat xidmətindən bildirilib.

Qərar Banqladeşin paytaxtı Dəkkə şəhərində təşkil edilən İƏT üzvü ölkələrin turizm nazirlərinin 10-cu konfransında qəbul edilib.

Qeyd edək ki, 2019-2020-ci illər üzrə İƏT-in turizm şəhəri mükafatına 4 şəhər, o cümlədən Beninin Paraku şəhəri və Nigerin Aqades şəhəri iddia edib.