Dilarə ilk dəfə boşanma səbəbini açıqladı: "Qadağalarına dözmədim"

Dilarə ilk dəfə boşanma səbəbini açıqladı:  "Qadağalarına dözmədim"
5253 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision 2014” təmsilçimiz Dilarə Kazımova evlilik təklifi alıb.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda “Show time” verilişində deyib. O bildirib ki, rəsmən boşanandan sonra 2 dəfə ona elçi düşüblər:

“Normal evlilik təklifləri necə olursa, bu da elə oldu. Amma mən "yox" cavabını verdim. Şəxsi həyatıma fasilə vermək istəyirəm. Evlilik təklifi edən şəxs azərbaycanlı idi. Çünki indi ərə getmək istəmirəm. Hələ bir az özüm üçün yaşamaq istəyirəm. Neçə ildən sonra ailə quracağımı bilmirəm. Bunu bir tək Allah bilir. Mənə elə bir insan rast gəlməlidir ki, yüz faiz ondan əmin olum. Hələ ki özüm üçün yaşayıram. O biri insanı niyə bədbəxt edim ki?”.

D.Kazımova ilk dəfə boşanma səbəbini də açıqlayıb:

“Onunla xarakterimiz üst-üstə düşmədi. Adamlar bir-birləri ilə eyni evdə yaşamaq istəməyəndə məncə ayrılmalıdırlar. O mənim sənətimi sıxışdırmağa başladı. Bütün narazılıqlar da bundan sonra başladı. Mənə deməmişdi ki, sənətdən getməlisən. Amma yavaş-yavaş hiss etdim ki, mənə sənəti qadağa etmək istəyir. Onu da əlavə edim ki, evliliyimizin ilk vaxtlarında qadağaları yox idi, sonradan başladı. Onun qadağalarına dözürdüm, sonra öz-özümə dedim ki, niyə dözməliyəm? Ona görə də ayrıldıq. O özü də türk vətəndaşı idi, müqaviləsi bitdi və getdi. Məndən qaçmayıb, özü gedib.  Dost kimi ayrıldıq, amma yaxın dost deyilik”.